AZ

ABŞ və Çin tariflərlə bağlı razılığa gəldi

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və Çin Stokholmdakı danışıqlardan sonra gömrük tarifləri üzrə atəşkəs müddətini daha üç ay uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sveriges” radiosu məlumat yayıb.

“ABŞ və Çin gömrük tarif güzəştlərinin uzadılması ilə bağlı razılığa gəliblər. Bu bəyanat Stokholmda ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Dövlət Şurasının sədr müavini Xe Lifenin rəhbərliyi altında iki günlük danışıqlardan sonra verilib”, - deyə radio xəbər verib. 

Qeyd edək ki, Cenevrədə keçirilən danışıqlardan sonra ABŞ və Çin nümayəndələri mayın 12-dən etibarən 90 gün ərzində gömrük rüsumlarının qarşılıqlı olaraq 115% azaldılmasını elan etmişdilər. Beləcə, ABŞ-yə idxal olunan Çin mallarına 30%, Çinə tədarük edilən Amerika mallarına isə 10%-ə qədər gömrük rüsumu azaldılmışdı. Bu müqavilənin müddəti avqustun 12-də başa çatır. 

Xatırladaq ki, bu il aprelin əvvəli ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara qarşılıqlı tariflər təyin edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
qafqazinfo.az

4Mənbələr