Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni futbolçu ilə anlaşıb.
Klubdan "Report"a verilən məlumata görə, Yevlax təmsilçisi Konqo Demokratik Respublikası əsilli almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib.
Onunla 1 illik sözləşmə imazlanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.