AZ

Qadın atasından miras qalan 128 min manatı səhvən ZİBİLLİYƏ ATDI

Rusiyada qadın mərhum atasından miras qalan 6 milyon rublu (təxm. 128 min man.) səhvən çölə atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Rusiyalı qadın mərhum atasından miras qalan 6 milyon rublu (təxm. 128 min man.) səhvən çölə atıb. Qonşular pulu tapiblar, içki içib, saunada əyləniblər və eyni zamanda yeni bir ev alıblar

İyulun əvvəlində Amur vilayətinin sakini Nataliyanın atası dünyasını dəyişib. Dəfn mərasimindən sonra kiçik Zavitinsk şəhərindəki evinə gəlib və təmizliyə başlayıb. O, azımsız şeyləri toplayıb zibilliyə atıb.

Atası əvvəllər qızına yaxın yaşamaq üçün Moskva vilayətində ev almağı planlaşdırdığından, Natalya atasının ayırdığı 6 milyon rublu axtarmağa qərar verib. Amma o, onları heç bir yerdə tapa bilməyib – nə hesabında, nə də evdə.

Lakin itkin əşya tezliklə tapılıb – bütün Zavitinskdə Nataliyanın qonşularının qəfil varlandığı barədə şayiələr yayılıb. Qız onlarla danışmağa gedib, lakin onlar Natalyanı polislə əlaqə saxlamağa məcbur edərək inkar ediblər.

Araşdırma zamanı məlum olub ki, qonşular həqiqətən də cekpot udublar: itirilən milyonlar zibillikdə un bağlamalarında olub.

Sonra qonşular etiraf ediblər ki, pulun bir hissəsini saunada xərcləyib içiblər, qalan hissəsini isə yeniyetmələr oğurlayıblar. Lakin sonradan məlum olub ki, qonşu özünə yeni ev almağa nail olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr