AZ

Cəlilabadda mərasim evinin tikintisi zamanı qəbirlər zədələnib

Cəlilabadda qanunsuz mərasim evi tikilməsinə cəhd zamanı qəbirlər zədələnib

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad rayonunun Pərdi kəndində sakinlər tərəfindən qanunsuz şəkildə mərasim evi tikilməsinə cəhd edilib.

Məlumata görə, kənd sakinləri Əlövsət Nuriyev, İmran Nuriyev və Şahberdi Quliyev kənd qəbiristanlığının yaxınlığında mərasim evi inşa etmək məqsədilə ərazidə texnika vasitəsilə hamarlama işləri aparıblar. Bu zaman qəbiristanlıqda bir neçə qəbir zədələnib.

Kənd sakini Asif Əliyevin sözlərinə görə, torpaq hamarlanarkən Vətən müharibəsi şəhidinin qəbrinə aparan yol da kəsilib

Kənd sakinlərinin etirazı və polisə məlumat verməsindən sonra tikinti işləri dayandırılıb. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
6
1
teleqraf.com

3Mənbələr