"Sumqayıt" daha bir transfer reallaşdırıb.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Sumqayıt təmsilçisi serbiyalı yarımmüdafiəçi Nikola Ninkoviçi heyətinə qatıb.
Qeyd edək ki, "Partizan"ın yetriməsi olan 31 yaşlı futbolçu "Cenoa", "Kyevo", "Empoli", "Askoli", "Breşiya", Serbiyanın "Proletar", Bosniya və Herseqovinanın "Borats" və son olaraq, Gürcüstanın "Torpedo Kutaisi" komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.
saytlarin hazirlanmasi