AZ

“Hörümçək Toru” dərsi: Rusiya Ukrayna dron hücumlarından qorunmağa çalışır - FOTO

Ruslar “Hörümçək toru” əməliyyatını unutmayıblar və indi Ukrayna ərazisinə yaxın yerləşən aerodromlarda sığınacaqlar inşa edirlər. Bu barədə Böyük Britaniya kəşfiyyatı peyk görüntülərinə əsasən məlumat verir.

Sherg.az Nexta-ya istinadən xəbər verir ki, Ukrayna dronlarının uğurlu zərbələrinə cavab olaraq, Rusiya Millerovo, Kursk-Şərq və Qvardeysk aerodromlarında öz hava qüvvələrini qorumaq məqsədilə xüsusi müdafiə proqramına start verib.

Britaniya kəşfiyyatının məlumatına görə, bu təkmilləşdirilmiş təyyarə sığınacaqları qübbə formalı damla, güclü partlayışa davamlı qapılarla təchiz olunub və əlavə qoruma üçün torpaqla örtülüb.

Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın bir neçə aerodromuna dron hücumu təşkil edib və nəticədə Rusiyanın strateji aviasiyasına ciddi ziyan dəyib, bəzi təyyarələr məhv edilib.


Seçilən
28
1
sherg.az

2Mənbələr