AZ

Tokayev Ərdoğanın Ukraynada gedən müharibənin nizamlanmasında xüsusi rolunu qeyd edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nizamlanması istiqamətində xüsusi rolunu qeyd edib.

Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin həllində Rəcəb Tayyib Ərdoğanın xüsusi rolunu qeyd edib", - mətbuat xidməti yazır.

Qazaxıstan lideri qeyd edib ki, respublika bütün ölkələrin ərazi bütövlüyünün qorunması zərurətini müdafiə edir və beynəlxalq arenada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

Bundan əvvəl Ərdoğan bildirib ki, Ukraynada münaqişəyə son qoyulmalıdır və gələcəkdə sülhün əldə edilməsi masası Türkiyədə qurulacaq. Siyasətçi vurğulayıb ki, Türkiyə tərəfi hər zaman liderlər səviyyəsində görüş keçirməyə hazırdır.

QAZİLER.AZ

Seçilən
14
qaziler.az

1Mənbələr