Cəlilabadın Pərdi kəndində qəbiristanlıq yaxınlığında qanunsuz mərasim evi tikintisinə cəhd zamanı bir neçə qəbir zədələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri Əlövsət Nuriyev, İmran Nuriyev və Şahberdi Quliyev texnika vasitəsilə ərazidə torpaq işləri aparıblar.
Nəticədə, şəhid məzarına gedən yol da bağlanıb. Əhali etiraz etdikdən sonra, tikinti dayandırılıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta