Qazaxıstan Prezidenti Türkiyə Respublikasının ali dövlət mükafatı - "Dövlət Nişanı" ordeni ilə təltif edilib.
Publika.az "Zakon"a istinadla xəbər verir ki, "Dövlət Nişanı" ordenini qazaxıstanlı həmkarına Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.
Kasım-Jomart Tokayev Prezident Rəcəb Tayyib Ərdoğana və bütün türk xalqına səmimi təşəkkürünü bildirib və Türkiyə Respublikasının ən yüksək dövlət mükafatını qəbul etməyin onun üçün böyük şərəf olduğunu qeyd edib.