AZ

“Borussiya”nın sabiq futbolçusu "Karvan"da

Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni futbolçu ilə anlaşıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib.

Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.

Seçilən
39
8
90deqiqe.az

10Mənbələr