AZ

Tramp Si Cinpinlə ilin sonunadək görüş keçirəcəyini istisna etməyib

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpinlə ilin sonunadək şəxsi görüş keçirəcəyinə ümid etdiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Si Cinpin görüşmək istəyir, mən də bu görüşü səbirsizliklə gözləyirəm. Düşünürəm ki, bu görüş ilin sonuna qədər baş tutacaq” – deyə, Tramp qeyd edib.

O, həmçinin ABŞ və Çin nümayəndələri arasında İsveçdə keçirilən ticarət danışıqlarının çox yaxşı keçdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl "South China Morning Post" nəşri yazmışdı ki, Donald Tramp və Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyada keçiriləcək sammitindən əvvəl və ya sammit zamanı görüşə bilərlər. Nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ prezidenti 30 oktyabr – 1 noyabr tarixləri arasında baş tutacaq APEC sammitindən əvvəl Çinə səfər edə bilər.

Seçilən
11
turkic.world

1Mənbələr