AZ

ABŞ da istehlakçı inamı bu ay artıb

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da Konfrans Şurasının İstehlakçı İnam İndeksi iyul ayında bazar proqnozlarını üstələyərək 97,2-ə yüksəlib.

Banco.az xəbər verir ki, Konfrans Şurası (Conference Board) amerikalı istehlakçıların meyllərini ölçən İstehlakçı İnam İndeksi ilə bağlı iyul ayı göstəricilərini açıqlayıb.

Buna görə, İstehlakçı İnam İndeksi iyul ayında əvvəlki ayla müqayisədə 2 bənd artaraq 97,2 dəyərinə yüksəlib.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların proqnozlarına əsasən indeksin 96 olması gözlənilirdi.

İstehlakçı İnam İndeksi ilə bağlı iyun ayı göstəricisi isə 93-dən 95,2-yə doğru yuxarı istiqamətli şəkildə yenilənib.

Amerikalı istehlakçıların mövcud məşğulluq və əmək bazarı şəraiti ilə bağlı qiymətləndirmələrini əks etdirən Mövcud Vəziyyət İndeksi iyul ayında 1,5 bənd azalaraq 131,5-ə enib.

İstehlakçıların gəlir, məşğulluq və əmək bazarına dair qısa müddətli gözləntilərini əks etdirən Proqnozlar İndeksi isə eyni dövrdə 4,5 bənd artaraq 74,4-ə yüksəlib. Lakin indeks bu dövrdə də resessiya ehtimalını göstərən 80 bəndlik həddin altında qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
banco.az

2Mənbələr