AZ

Səfirin Azərbaycan albomu... Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib.

“6 illik dostluq, qarşılıqlı hörmət. 6 ildir ki, xalqlar arasında körpülər qurur.

Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”, - paylaşımda qeyd olunub.

Videoda səfir səlahiyyət dönəmində Azərbaycandakı mühüm tarixi hadisələrdən bəhs edən fotoalbomunu nümayiş etdirib.

Qeyd edək ki, Corc Dik Bakıdakı vəzifəsinə 2019-cu ildə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
qafqazinfo.az

10Mənbələr