AZ

"Roskosmos və NASA arasında kosmik yaxınlaşma: yeni dövrün siqnalları" - "İnterfaks" agentliyi

"Dmitri Bakanovun ABŞ səfəri Moskva ilə Vaşinqton arasında orbital əməkdaşlığın dərinləşməsinə işarədir..."

Rusiyanın "Roskosmos" kosmik agentliyinin rəhbəri Dmitri Bakanov ABŞ-a səfər edib. O, Hyustonda NASA rəhbərliyi ilə danışıqlar aparmaq və tərəflər arasında kosmik əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədilə Amerikanın əsas kosmik obyektlərinə baş çəkəcək.

Moderator.az xəbər verir ki, bu barədə "interfax.ru" nəşri məlumat yayıb.

Bu səfər eyni zamanda son illərdə geosiyasi gərginlik fonunda iki ölkənin kosmik dialoqunda nadir və diqqətəlayiq bir hadisədir.

Söhbət təkcə orbitdən getmir

"Roskosmos"-un məlumatına görə, görüşlərin əsas mövzuları arasında Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddətinin uzadılması, Rusiya və ABŞ astronavtlarının qarşılıqlı uçuş proqramının davam etdirilməsi və nəhayət, BKS-in orbitdən təhlükəsiz endirilməsi ilə bağlı texniki planların razılaşdırılması dayanır. Bu danışıqlar NASA-nın icraçı direktoru Şon Daffi ilə iyulun 31-də keçiriləcək və 2018-ci ildən bəri ilk belə yüksək səviyyəli təmas olacaq. Amerikanın "Johnson" Kosmik Mərkəzində keçiriləcək tədbirlər çərçivəsində Rusiya nümayəndə heyəti "SpaceX" və "Boeing" şirkətlərinin istehsalat sahələrini də ziyarət edəcək.

"Crew-11" və yeni sinxron missiyalar

Səfər çərçivəsində Dmitri Bakanov "Crew Dragon" kosmik gəmisinin "Crew-11" missiyasına qatılacaq ekipaj üzvləri ilə də görüşəcək. Xüsusi qeyd edilməlidir ki, bu heyətə Rusiya kosmonavtı Oleq Platonov da daxildir, bu da ABŞ və Rusiya arasında 2022-ci ildən davam edən "çarpaz uçuşlar" proqramının növbəti mərhələsidir. "Crew-11"-in startı iyulun 31-ə nəzərdə tutulub. Bakanov həmçinin missiyanın texniki hazırlıq yoxlamalarında iştirak edəcək. ABŞ tərəfi onu "Crew Dragon"-un buraxılışına rəsmi şəkildə dəvət edib. Bu, ikitərəfli razılaşmalar əsasında aparılan çarpaz uçuşlar proqramının rəsmi təsdiqidir.

Rəqabətdən əməkdaşlığa doğru?

2024-cü ilə yaxınlaşdıqca, BKS-nin istismar müddətinin sonu ilə bağlı müzakirələr intensivləşir. Aprel ayında Bakanov bildirin ki, "Roskosmos" və NASA yeni rəhbərlik səviyyəsində razılaşmalar əldə etməyə çalışır. Hər iki tərəf Ay proqramları və post-BKS dövründə orbitdə yerləşəcək yeni platformalar üzərində əməkdaşlığa açıq olduqlarını bəyan edib. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, iyun ayında ABŞ və Rusiya kosmik agentliklərinin nümayəndələri Moskvada görüşərək "Axiom-4" adlı kommersiya missiyası üçün BKS-in texniki vəziyyətini birgə qiymətləndirib.

Kosmosda siyasətdən üstün əməkdaşlıq

Yerdəki siyasi çəkişmələr fonunda kosmos sahəsində dialoq və əməkdaşlıq bəlkə də yeganə mühitdir ki, burada Rusiya ilə ABŞ arasında konsensus mümkündür. ABŞ-ın dəstəklədiyi "Axiom" "Space" şirkətinin də daxil olduğu bu genişləndirilmiş əməkdaşlıq, gələcəkdə kommersiya kosmonavtikasının sərhədlərini aşmağa hazırlaşır. BKS-in taleyi, Ay proqramları və yeni orbital layihələr - bütün bunlar Moskva və Vaşinqton üçün yalnız texnoloji deyil, həm də strateji məsələlərdir. Bakanovun ABŞ səfəri bu əməkdaşlığın yeni mərhələsinin başlanğıcı ola bilər.

Seçilən
49
moderator.az

1Mənbələr