Əksər insanlar yeməkdən dərhal sonra yaranmış mədə şişkinliyindən əziyyət çəkir.
Hit.az xəbər verir ki, bu problemi bir neçə sadə yolla həll etmək mümkündür.
Qarın şişkinliyinin və həzm pozulmasının qarşısını almaq üçün ilk növbədə az və yavaş yemək tövsiyə edilir.
Həmçinin, çobanyastığı çayının bir çox faydaları var.
Mədə əzələlərinə rahatlıq verir, yuxusuzluq problemini həll edir və stressi azaldır.
Razyana çayı da həzm pozğunuğunu aradan qaldıran effektli dərman bitkilərindən biridir.
Qatığın tərkibindəki aktiv bakteriyalar mədə hormonlarını hərəkətə gətirir və yeməyin daha tez həzm olunmasına kömək edir.
Sevinc