AZ

“Bavariya”dan “Everton”a

“Bavariya” klubunun gənc müdafiəçisi Adam Aznu karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Everton”un rəsmi saytı məlumat yayıb.

19 yaşlı mərakeşli futbolçu “irisələrlə” dörd illik müqavilə imzalayıb. Transfer “Everton”a 9 milyon avroya başa gəlib. Bonusların əlavə olunması ilə bu məbləğ 12 milyon avroyadək arta bilər.

Geridə qalan mövsümdə Aznu “Bavariya”nın əsas komandasında 4 oyunda, ikinci komandasında isə 7 matçda meydana çıxıb. O, həmçinin icarə əsasında çıxış etdiyi İspaniya təmsilçisi “Valyadolid”in heyətində 13 qarşılaşmada iştirak edib.

UEFA Gənclər Liqasında keçirdiyi 5 oyunda isə Aznu 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
8
90deqiqe.az

1Mənbələr