Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb edib.
Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, iddialarla bağlı müəllim müdir əvəzinin səs yazısını da "Xəzər Xəbər"ə təqdim edib.
Ş. İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə buna görə aralarında problem yaşanıb. Pepperoni pizza
Şikayətçi iddia edir ki, deyilənləri etmədiyinə görə ona şidətli töhmət verilib.
Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucovla bu məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinədən Xəzər Xəbər"ə bildirildi ki,Ucar rayonu, Yuxarı Şilyan kənd uşaq bağçası-körpələr evi ilə bağlı yayılan səs yazısında əks olunan iddialarla bağlı məsələ İdarə tərəfindən nəzarətə götürülüb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Daha ətraflı süjetdə:
Telegram kanalımız