AZ

"Sumqayıt" İtaliya A Seriyasında oynamış futbolçunu transfer etdi - Rəsmi

style='margin-bottom:10px;'>

"Sumqayıt" növbəti transferini açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Kimyaçılar" ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt" FK-da "10" nömrəli formada çıxış edəcək.

Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadəni transfer edib. 

Seçilən
13
8
teleqraf.com

10Mənbələr