AZ

Pələng zooparkın əməkdaşına hücum edib

Hindistanda pələng onun suyunu dəyişən zoopark işçisinin üstünə atılıb

Hindistanda pələngin hücumuna məruz qalan zoopark işçisi  başından xəsarət alıb,

Qaziler.az bildirir ki, bu barədə "Deccan Chronicle" xəbər verir.

Trivandrumdakı zooparkın işçisi Ramaçandran pələngin volyerində suyu dəyişdirərkən yırtıcı qəflətən barmaqlıqlar arasından onun üstünə atılıb. Zooparkın direktoru Manju Devinin dediyinə görə, Vayanad rayonundan gətirilən pələng su qabını dəyişmək üçün əyildiyi zaman kişiyə pəncəsi ilə zərbə endirib.

Ramaçandran baş dərisindən yüngül zədə alıb. O, xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. İşçi müayinədən sonra evə buraxılıb.

"Bu, tamamilə gözlənilməz olub", - Devi deyib. O, işçinin uzun illərdir ki, pələng volyerinə cavabdeh olduğunu vurğulayıb.

Direktor zooparkda belə hadisələrin son dərəcə nadir olduğunu bildirib və təhlükəsizlik tədbirlərinə yenidən baxılacağını vəd edib.

QAZİLER.AZ

Seçilən
34
qaziler.az

1Mənbələr