AZ

Şəhid Zaur İsmayılzadə anıldı

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

İyulun 28-də Mirvarid Dilbazi Poeziya Məclisi İB və Ailələrə Sosial Dəstək İB - nin birgə təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda şəhid Zaur İsmayılzadənin anadan olmasının 30 illiyinə  həsr olunmuş tədbir keçirildi.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun qüdrəti, xalqımızın birliyi ilə qalib gəldiyimiz 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından olan, ananın tək oğlu   şəhid Zaur  İsmayılzadənin qəhrəmanlıq yolu bu günkü və gələcək nəslə bir örnəkdir.

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin şərəfli ömür yolundan danışdı.

Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.Dövlət himni səsləndirildi.

Sonra söz Ailələrə Sosial Dəstək İB- nin sədri, Əməkdar müəllim Esmira Rəhimovaya verildi.O, qeyd etdi ki, şəhidlər əbədiyaşardılar. Xalq, torpaq, ərazi bütövlüyümüz uğrunda canından, qanından keçən oğullar öz qanları, canları bahasına vətənə qürur, qələbə, zəfər yaşatdılar.

Şəhid Zaur İsmayızadənin anası qürurla qeyd etdi ki, ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin tarixi sərəncamı ilə bu il  " Konsititusiya və Suverenlik ili" çərçivəsində tarixi zəfərimizin 5 illiyidir, mənim oğlumun isə cənnətdəki  30 illik yubileyidir. Mən oğlumla fəxr edirəm. Şəhid oğullar, qızlar, bütöv gedib yarımcan qayıdan oğullar, qazilər mənim balamdı.

Şəhid ataları, anaları tədbirdə Zaur İsmayılzadə və vətən yolunda canını qurban verən oğullar haqqında qürurla danışdılar.

Tədbirdə  Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Hüseynov, şəhid bacısı, şair Lalə İsmayıl, şəhid bacısı, qurama ustası Aybəniz Camalova Qarabağ qazisi, polis mayoru, şair, Aidə Şirinova, qazi Rüxsarə Cümayeva, qazi Səyyaf Məmmədov, şəhid Zaur İsmayılzadə  haqqında yazılan "Buğra tələsi" kitabının müəllifi, yazıçı Ötərxan Eltac, yazıçı, publisist Reyhan Mirzəzadə   çıxış etdilər. Əməkdar  Mədəniyyət işçisi Solmaz Kosayeva, bəstəkar, müğənni  Yaqut Almaz, aşıq Ramin Qarayev, aşıq Nərmin Cəlal  şəhidlərimizə həsr olunmuş, vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.

Şəhid Zaur ismayılzadəin bacısı Xavər Nizami qızı, qohumu Rafiq Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı Nailə Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universitetin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nağıyeva Təranə Adil qızı şəhidimizimiz haqqında xatirələriini danışdılar, şeirlər söylədilər.Tədbir "Qarabağ" mahnısı ilə sona çatdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr