AZ

Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracın artırılması məsələsi müzakirə edilib




Qazaxıstan Türkiyə bazarına ən azı 34 müxtəlif məhsul təqdim etməyə hazırdır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyəyə səfəri zamanı deyib. O bildirib ki, Türkiyıyə ixrac edilməsi nəzərdə tutulan məhsulun həcmi təxminən 1 milyard dollardır.

Qazaxıstan Prezidenti Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafının vacibliyini vurğulayıb. Tokayev, müasir dəmir yollarının, quru limanlarının və yük terminallarının tikintisinə, gəmiqayırma sahəsinə türk sərmayəsinin cəlb edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Tokayevin Türkiyə səfəri zamanı keçirilən görüşlərdə enerji sahəsində əməkdaşlıq məsələsinə də toxunulub. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracın artırılması məsələsi müzakirə edilib.

Anar Əliyev
Seçilən
11
1
newscenter.az

2Mənbələr