AZ

Moise Nqvisani “Karvan”da

Lüksemburqun “Vilts” klubunun almaniyalı sol cinah müdafiəçisi Moise Nqvisani bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, 2025/2026-cı illər mövsümünün sonunadək Premyer Liqaya yeni yüksəlmiş Yevlax təmsilçisinin formasını geyinəcək.

Moise Nqvisani Almaniyanın “Ştutqart” klubunun yetirməsidir. Müdafiəçi ölkəsində “Haydenhaym”, “Boxum”, “Ersgebirge”, “Borussiya” (Mönhenqladbax), “Berliner”, “Oberneyland” kimi klubların da formasını geyinib. 2022-ci ildən “Vilts”də çıxış edən Nqvisani Lüksemburq klubunun heyətində 78 oyuna 3 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant və Vüsal Məsimovu da heyətinə qatmışdı.

Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev Yevlax klubunu tərk ediblər. Yalnız Kamran İbrahimovla yeni müqavilə imzalanıb.

Seçilən
31
arena.az

1Mənbələr