AZ

Rusiya Sumidə pilotsuz təyyarələr üçün “sınaq meydançası” yaradıb

Rusiya işğalçı qüvvələri Sumidə “İtalmas” pilotsuz təyyarələrinin sınaqdan keçirilməsi üçün “sınaq meydançası” yaradıblar. Bunu rabitə, elektron müharibə və elektron kəşfiyyat üzrə mütəxəssis Sergey “Flaş” Beskrestnov bildirib: “Rusiyanın “İtalmas” PUA-sı Sumi üçün əsl fəlakətə çevrilib.

Ruslar bu PUA-nı sınaqdan keçirmək üçün orada mahiyyətcə sınaq meydançası yaradıblar. Şübhəsiz ki, onlar təcrübəni başqa cəbhələrə ötürəcəklər. “İtalmas” hərbçilərin daim onu qarışdırdığı KUB deyil. Onun ön tərəfində pərvanəsi var və bu, açıq-aydın görünür”, – deyə o Facebook-da yazıb.
“Flash” qeyd edib ki, bu dronlar onları idarə edən pilotlara analoq görüntü ötürür.

Mütəxəssis əlavə edib ki, 3,3 GHz diapazonunda videonun basdırılması üçün elektron müharibə sistemi bunun qarşısını ala bilər. “Amma biz bunu etmirik. Bəlkə biz artıq qlobal miqyasda cəbhəyanı şəhərləri əhatə etmək üçün bir həll (plan) yaratmaq barədə düşünməliyik? Biz nəyi gözləyirik? Bütün şəhərlərin dağıdılmasını?” – Sergey Beskrestnov yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr