AZ

Rumıniya hökuməti Ukraynada hərbi əməliyyatlara başlayıb? Rəsmən açıqlandı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rumıniya Daxili İşlər Nazirliyi ölkə baş naziri İlie Bolojanın Ukraynada hərbi əməliyyata başladığını elan etdiyi iddia edilən videonu saxta adlandıraraq rəsmi şəkildə təkzib edib.

Globalinfo.az xəbər verir ki, nazirliyin rəsmi açıqlaması Avropa ölkəsinin “Facebook” səhifəsində yayımlanıb.

“Biz sizi süni intellekt proqramları vasitəsilə hazırlanmış saxta videoların yayılmasından xəbərdar edirik. Həmin çarxlarda guya baş nazir İlie Bolojan bu ilin sentyabrında Rumıniyanın müharibəyə daxil olacağını elan edir. Bu, tamamilə yalandır”, – deyə qurumun açıqlamasında bildirilib.

Rumıniya hakimiyyəti bu videonu dezinformasiya kampaniyasının bir hissəsi kimi qiymətləndirərək ictimaiyyəti yalnız rəsmi mənbələrə inanmağa çağırıb. Eyni zamanda hüquq-mühafizə orqanlarının bu saxtakarlığın arxasında duran qrupları müəyyən etmək üçün araşdırmalara başladığı bildirilir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
globalinfo.az

1Mənbələr