AZ

Markov: AZAL təyyarəsini Rusiya vurub...

Politoloq Rusiyanın məsuliyyətini gizlətmədiyini, Bakının isə üzr gözlədiyini bildirib...

Poliqon xəbər verir ki, kremyanlı politoloq Sergey Markov “Tsarqrad TV” kanalının efirində çıxışı zamanı Moskva ilə Bakı arasında gərginliyin səbəbinin AZAL təyyarəsinin vurulması olduğunu bildirib.

Rusiyanın Azərbaycanla münasibətlərində yaşanan gərginliyin səbəbi təyyarədir. Biz o təyyarəni vurmuşuq və bu kifayət qədər aydındır. Bu, dəqiq məlumdur ki, biz təyyarəni vurmuşuq. Azərbaycan da bilir ki, Rusiyanın rəhbərliyi bunun fərqindədir”, – deyə Markov qeyd edib.

Politoloqun sözlərinə görə, Bakı bu məsələyə görə Rusiyadan üzr tələb edir və Moskvanın diqqətinə çatdırır ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın təsadüfən vurduğu rus helikopteri ilə bağlı dərhal məsuliyyət daşıyıb və məsələni tez bir zamanda həll edib.

Qeyd edək ki, Aktau faciəsi ilə bağlı Moskva hələ də rəsmi şəkildə məsuliyyəti öz üzərinə götürməyib.

Poliqon.info

Seçilən
116
2
poliqon.info

10Mənbələr