"Qaranlıq cəngavəri" və "Tvin Piks"in aktyoru Alon Abutbul İsraildə çimərlikdə ölüb.
Kristofer Nolanın “Qaranlıq cəngavəri: Əfsanənin yenidən doğulması" filmi və "Tvin piks” kült serialı ilə tanınan israilli aktyor Alon Aboutbul vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə mənbələrə istinadən Daily Mail məlumat yayıb.
Mənbənin məlumatına görə, 60 yaşlı aktyor İsrailin Habonim çimərliyində olarkən dünyasını dəyişib. Onun dənizdə üzdükdən sonra çimərliyə qayıtdığı, daha sonra huşunu itirdiyi bildirilir. Məlum olub ki, Abutbul bu yaxınlarda özünü pis hiss etdiyindən şikayət edib. Hadisə yerinə gələn həkimlər aktyoru həyata qaytarmağa çalışsalar da, onu xilas edə bilməyiblər.
Uzun və parlaq karyerası ərzində Alon nüfuzlu mükafatlara və kino mükafatlarına, o cümlədən İsrail "Oskar"ı kimi tanınan "Ofir" mükafatına layiq görülüb. Abutbulun iştirakı ilə sonuncu layihə 2025-ci ildə buraxılıb.
QAZİLER.AZ