AZ

Qyökeresin formaları satış rekordu qırdı - "Arsenal"da tarixi nəticə

"Arsenal"ın yeni transferi, hücumçu Viktor Qyökeres klubun forma satışları üzrə rekord qırıb.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən verdiyi məlumata görə, müxtəlif satış nöqtələri və pərakəndə mağazalardan məlumatların tam təhlili hələ davam etsə də, artıq məlumdur ki, 27 yaşlı futbolçunun 14 nömrəli formasına olan tələbat son illərdə klubun istənilən formasına olan marağı geridə qoyub.

Qeyd edək ki, isveçli forvard Portuqaliyanın "Sportinq" klubundan "Arsenal"a transfer olunub. O, "topçular"la 5 illik müqavilə imzalayıb və artıq Cənub-Şərqi Asiyada keçirilən mövsümöncəsi hazırlıq kampında komandaya qoşulub.

Seçilən
12
90deqiqe.az

1Mənbələr