BAKI, 29 iyul. TELEQRAF
Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş zamanı Bakı-Tbilisi-Ceyhanın ixrac prespektivləri müzakirə edilib.
Teleqraf xəbər verir ki, iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası zamanı da Bakı-Tbilisi-Ceyhanın ixrac prespektivləri bir daha müzakirə edilib.
Tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsini vacib sayıblar. Tokayev türk şirkətlərini elektrik enerjisi kəsirinin azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib.
O, həmçinin “KazMunaiGas” və “Turkiye Petroleum” arasında əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.
Görüş zamanı hər iki tərəf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ticarətin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.