AZ

Tokayev: Bakı Tbilisi Ceyhan kəməri ilə Qazaxıstandan Türkiyəyə ildə 1,4 milyon ton neft nəql olunur

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Qazaxıstandan Türkiyəyə 1,4 milyon ton neft nəql olunur.

APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkəsi Türkiyəyə məxsus neft şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayır:

"Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq".

Dövlət başçısı əlavə edib ki, tərəflər iri layihələrin birgə həyata keçirilməsinə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
4
bizimyol.info

5Mənbələr