AZ

Trafford "Mançester Siti"yə qayıtdı

"Mançester Siti"nin yetirməsi olan qapıçı Ceyms Trafford yenidən bu komandada çıxış edəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper "Börnli"dən transfer olunaraq 5 illik müqavilə imzalayıb.

Bu transfer "şəhərlilər"ə 31,2 milyon avroya başa gəlib.

"‘Siti’yə qayıtmaq mənim və ailəm üçün xüsusi bir andır. Bu, mənim evim adlandırdığım yerdir. Fantastik insanlarla dolu xüsusi bir futbol klubudur", – deyə Trafford klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Xatırladaq ki, Ceyms Trafford ötən mövsüm Çempionşipin ən yaxşı qapıçısı seçilmişdi. O, çıxış etdiyi 45 oyunda 16 qol buraxıb və 29 matçı qapısında qol görmədən tamamlayıb.

Seçilən
7
90deqiqe.az

1Mənbələr