AZ

İsraildə radikallara qarşı kütləvi həbslər başlayıb

İDF və Şin Bet (İsrail Təhlükəsizlik Xidməti) terrorizmdə əli ola biləcək radikalların tutulması üçün əməliyyatlar aparır.

Son bir ayda təhlükəsizlik qüvvələri 36 nəfəri saxlayıb, iki yaraqlı isə öldürülüb.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, 12 radikal İordan çayının qərb sahilində terror aktları törətmək niyyətində olub. Təhlükəsizlik qüvvələri əldəqayırma partlayıcı maddələr də daxil olmaqla, çoxlu silah arsenalı ələ keçirib.
Bundan əvvəl HƏMAS Qəzzanın humanitar blokadası fonunda İsraillə danışıqları dayandırdığını bəyan etmişdi.

//Samir Qurbanov, Editor.az 

Seçilən
15
editor.az

1Mənbələr