ain.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitində iştirakdan imtina edib və ölkənin daxili siyasətini tənqid edib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.
"Yəqin ki, mən nümayəndə göndərəcəm. Onların çox pis siyasətləri var, çox, çox pis siyasətləri var", - deyə Tramp əlavə edib.
ABŞ lideri həmçinin Ukrayna üzrə danışıqlar uğursuz olarsa, rüsumlar tətbiq etməyə hazır olduğunu bəyan edib, lakin onların Rusiyaya qarşı effektivliyinə şübhə edib. Amerika lideri vurğulayıb ki, ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya verdiyi ultimatum 10 gün ərzində başa çatacaq, geriyə sayma bu gündən başlayır. O əlavə edib ki, Moskva “yəqin ki, hərbi əməliyyatları davam etdirmək niyyətindədir”. Eyni zamanda ABŞ Prezidenti qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı ultimatuma cavab verməyib. Bu isə onu məyus edir.
Turan İSMAYIL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.