Ukrayna münaqişəsi ilə bağlı ABŞ-nin Rusiyaya verdiyi vaxt 10 gün ərzində başa çatacaq, bu gün geriyə sayma başlayır.
Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Bu gündən etibarən on gün. Biz tarifləri tətbiq edəcəyik. Tətbiq oluna biləcək müxtəlif tədbirlər görəcəyik. Ola bilsin ki, təsiri olsun, ola bilsin ki, olmayacaq", - deyə Amerika lideri bildirib.