
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik bölgəsində keçirilən müşavirə zamanı bu ərazinin ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Musavat.com xəbər verir ki, “Əgər Sünikin imkanlarını açmağı bacarsaq – burada söhbət 43 kilometrlik Zəngəzur dəhlizindən gedir – bu, Ermənistan üçün geniş inkişaf perspektivləri yaradacaq”, – deyə prezident bildirib.
O, sülh yollarının və nəqliyyat dəhlizlərinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını qeyd edərək əlavə edib: “Biz yeni bir şey ixtira etmirik, sadəcə reallığı ortaya qoyuruq və onun verdiyi imkanları düzgün şəkildə təqdim edirik. Sünikin və həmin 43 kilometrlik hissənin nə qədər önəmli olduğunu anlayırıq. Əsas məqsədimiz isə yaxın zamanda sülh sazişi imzalamaqdır”.