Ajans.az xəbər verir ki, hadisə rayonun Alıcanlı kəndində baş verib. Rayon Mərkəzi Xəstəxanasının baş tibb qardaşı Mehdiyev Ceyhun Əsgər oğlu rayonun Alıcanlı kəndində yerləşən Şıxəli adlanan bulaqdan ailəsi ilə birlikdə su doldurarkən naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Hadisə zamanı tibb işçisinin başına və bədənin müxtəlif nayihələrinə zərbələr endirilib.

Faktla bağlı araşdırma aparılır.