AZ

Roma nın ulduzu Türkiyə nəhənginə təklif olundu

ain.az, Fanat saytına istinadən bildirir.

Türkiyə Superliqasının iddialı klublarından biri olan "Trabzonspor" üçün yeni transfer iddiası gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, İtalyan futbolçu Stefan El Şaravi “bordo-mavililər”ə təklif edilib.

Məlumatı tanınmış idman jurnalisti Hasan Tüncel yayıb.

Onun paylaşımına görə, hazırda "Roma" klubunda çıxış edən El Şaravi menecerlər vasitəsilə "Trabzonspor" rəhbərliyinə təqdim olunub. Klub bu təklifi dəyərləndirməyə alıb lakin hələlik rəsmi danışıqlara başlanmayıb.

Təcrübəli hücumameylli yarımmüdafiəçi, həm Serie A-da, həm də beynəlxalq arenada geniş təcrübəyə sahibdir.

Qeyd edək ki, El Şaravinin adı daha əvvəl də bir neçə türk klubu ilə hallanmışdı.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
fanat.az

2Mənbələr