AZ

BMT-də islahatlar bütün ölkələrin və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir - Sahibə Qafarova

Bakı. Trend:

Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə vəxalqların səsinin eşidildiyi sistemin yaradılması ilənəticələnməlidir.

Trend xəbər verir ki, bufikri Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrəninCenevrə şəhərində keçirilən Parlament Sədrlərinin VI DünyaKonfransındakı çıxışında BMT-də islahatlar mövzusuna toxunaraqbildirib.

Spiker Sahibə Qafarova deyib ki, beynəlxalq hüquq normaları vəprinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbuledilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altındahamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nailolmaq mümkündür.

O qeyd edib ki, BMT-nin mərkəzində dayanan güclü və inklüzivçoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləritəmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemindəeffektiv islahatların aparılması ilə bağlı müzakirələr hələ dədavam edir.

Seçilən
21
az.trend.az

1Mənbələr