"Torino" klubu "Tuluza"nın futbolçusu Zəkəriya Abuxlali transfer edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı sağ cinah oyunçusu ilə 4 illik müqavilə imzalanıb.
Mərakeş millisində 22 oyuna çıxan və 3 qol vuran Abuxlalin transferi "Torino"ya 8,5 milyon avroya başa gəlib.
Futbolçu 2022-ci ildən "Tuluza"da çıxış edirdi. O, peşəkar futbola Niderlandda başlayıb və Fransaya keçid etməzdən əvvəl "AZ Alkmaar"ın formasını geyinib.
Xatırladaq ki, "Torino" A Seriyasının geridə qalan mövsümünü 44 xalla 11-ci pillədə tamamlamışdı.