Portuqaliyalı həmkarlarımız fürsətdən istifadə edərək tez-tez tanınmış mütəxəssisdən açıqlamalar alırlar. Mourinyonun bu dəfə Portuqaliyanın ''Canal 11'' kanalına geniş müsahibə verdiyi məlum olub.
Həmin müsahibənin qısa bir bölümü kanal tərəfindən yayınlanıb. Maraqlıdı ki, Mourinyo ''Fənərbaxça''nın bu yay Portuqaliyadan hər hansı bir futbolçunu transfer etmək ehtimalının olub-olmadığı barədə suala cavab verərkən Orkun Kökçünün ''Benfika''dan ''Beşiktaş''a keçməsinə münasibət bildirib:
''Transfer bazarının incəliklərindən xəbərdaram. Eyni zamanda indiki reallığın da fərqindəyəm. Açıq danışsaq, Portuqaliyanın nəhəng klubunda oynayan gənc bir futbolçu üçün transfer zamanı Türkiyə heç də birinci seçim deyil. Amma Orkun Kökçü öz evinə gəlməyə üstünlük verdi. Ona görə də onun durumu fərqlidi. Gənc yaşda ayrılmağa üstünlük verdi. Yaxşı pullar qazanır. Artıq Bruno Lajeni də narahat etməyəcək''.
Kanaldan verilən açıqlamada Mourinyonun bu müsahibəsinin tam versiyasının bu gün axşam saatlarında yayınlanacağı qeyd olunub.