GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkəsinin Zəngəzur bölgəsində Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin açılmasına dəstək verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin sözlərini “TASS” agentliyi sitat gətirib:
“Əgər biz Zəngəzurla bağlı razılığa gələ bilsək, bu sülh üçün də geniş imkanlar yaradacaq. Naxçıvana quru yolunun açılması mümkündür”.
Xaçaturyanın bu bəyanatı regionda kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq perspektivlərinə dair müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.
Qeyd edək ki, Ermənistan daxilində bəzi siyasi dairələr bu cür dəhliz təşəbbüslərinə milli təhlükəsizlik riski kimi baxsa da, digər tərəfdən iqtisadi izolyasiyadan çıxış yolu kimi qiymətləndirənlər də var. Azərbaycan tərəfi isə uzun müddətdir regionda kommunikasiyaların açılmasını və Zəngəzur dəhlizinin təmin edilməsini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası çərçivəsində tələb edir.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.