AZ

Bu şəhərdə uşaqlar 1 manatdan yığıb, “stadion” qururlar - VİDEO

Sumqayıtda çəkilən yeni görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Belə ki, burada uşaqlar futbol oynamaq üçün özləri meydança düzəltməyə başlayıblar.

Kimyaçılar qəsəbəsində azyaşlı uşaqlar, gənclər, hətta valideynlər futbola şərait yaradılmamasından narazıdırlar.

Ona görə də əlacsızlıqdan özləri oyun meydançası düzəltməyi qərara alıblar.

Videogörüntülərdən də aydın olur ki, uşaqlar bu məsələdə çox istəklidirlər. Kol-kos və tikan basmış ərazini təmizləməyə, daş-kəsəyi yığışdırmağa başlayıblar.

Zibillərdən, otluqlardan ibarət olan ərazidə iməclik işləri görməklə yanaşı, gücləri çatan məbləğdə (1 manat) pul da toplayıblar.

Gənclər aidiyyəti qurumlardan ərazinin abadlaşdırılaraq, stadion tikilməsini xahiş ediblər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
12
sportinfo.az

1Mənbələr