AZ

Dikin Azərbaycanda missiyası başa çatdı: Unudulmaz 6 il...

İsrailin Azərbaycandakı səfiri Corc Dikin missiyası başa çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfirliyi paylaşım edib. “6 illik dostluq, qarşılıqlı hörmət. 6 ildir ki, xalqlar arasında körpülər qurur. Səfir Corc Dik Azərbaycandakı tarixi missiyasını başa vuraraq, dərinləşmiş əlaqələr, mənalı tərəfdaşlıq və səmimi münasibətlər irsini miras qoyur. Unudulmaz 6 il üçün təşəkkürlər”, - paylaşımda qeyd olunub. Videoda səfir səlahiyyət dönəmində Azərbaycandakı mühüm tarixi hadisələrdən bəhs edən fotoalbomunu nümayiş etdirib.

Qeyd edək ki, Corc Dik Bakıdakı vəzifəsinə 2019-cu ildə başlayıb.

Seçilən
20
4
buta.tv

10Mənbələr