AZ

​“Suriya demokratik qüvvələri” Suriya ordusuna inteqrasiya ediləcək

“Suriya demokratik qüvvələri” Suriya ordusuna inteqrasiya ediləcək. Metbuat.az xəbər verir ki, ləğv edilmiş PKK terror təşkilatının Suriyadakı qrupu “Suriya demokratik qüvvələri”nin lideri Mazlum Abdi belə açıqlama verib. O bildirib ki, “Suriya demokratik qüvvələri” Dəməşq hökuməti ilə əldə olunan razılaşmaya əməl edəcək. Onun sözlərinə görə, “Suriya demokratik qüvvələri” Suriya Müdafiə Nazirliyinə inteqrasiya olunacaq. O, “bir ordu, bir bayraq” ideyasını dəstəklədiklərini də bəyan edib. Qruplaşma lideri əlavə edib ki, onlar Suriya hökumət strukturlarının onun təşkilatının yerləşdiyi Rakka, Hasake və Deyr əz-Zora qaytarılması üçün müraciət ediblər.

Qeyd edək ki, “Suriya demokratik qüvvələri” ilə Suriya hökuməti arasındakı razılaşmaya əsasən, silahlılar Suriya hökumətinə qoşularaq Suriya ordusunda xidmət edəcək. Həmçinin, “Suriya demokratik qüvvələri”nin yerləşdiyi əyalətlər Suriya hökumətinə birləşdiriləcək. Bundan əvvəl “Suriya demokratik qüvvələri”nin razılaşmaya əməl etməyəcəyi barədə xəbərlər dərc edilmişdi.

Seçilən
24
metbuat.az

1Mənbələr