“Haydenhaym” Dortmund “Borussiya”sının 23 yaşlı alman qapıçısı Diant Ramayı icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilə sonradan satınalma maddiəsini ehtiva etmir.
Dinat Ramay “Haydenhaym”ın məzunudur. Qapıçı, karyerası ərzində “Ayntraxt” (Frankfurt), “Ayaks”, “Borussiya” və “Kopenhagen”də (icarə) çıxış edib.
“Borussiya” Ramayı 2025-ci ilin fevral ayında “Ayaks”dan 5 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda satn alaraq, “Kopenhagen”ə icarəyə göndərib.
Geridə qalmış mövsümün ilk yarısında Ramay “Ayaks” üçün 1 “quru” oyun keçirib, mövsümün ikinci yarısında isə “Kopenhagen” üçün icarə əsasında 19 oyuna çıxıb, 14 qol buraxıb və 10 oyunda qapısının toxunulmazlığını təmin edib.
Diant Ramay Almaniyanın U-18, U-19 və U-20 komandalarına cəlb edilib, əsas “bundestim”ə isə çağırış almayıb.
Ramayın qənimətlər muzeyində “Ayntraxt”la qazandığı Avropa Liqası (2021/2022) və 2024/2025-ci illər mövsümündə “Kopenhagen”lə qazandığı Danimarka çempionluğu və Danimarka Kuboku var.
“Transfermarkt” internet-portalı 23 yaşlı alman qapıçısının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.