AZ

"Sumqayıt" serbiyalı futbolçu transfer edib

Yazını böyüt
Yazını kiçilt

2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" yeni futbolçu transfer edib.

Hafta.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Nikola Ninkoviç ilə 1+1 illik müqavilə imzalayıb.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"da 10 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Nikola Ninkoviç karyerası ərzində "Partizan" (Serbiya), "Kyevo", "Empoli", "Cenoa", "Askoli", "Breşiya" (hamısı İtaliya) kimi klublarda çıxış edib. O, Serbiya millisinin heyətində keçirdiyi 4 oyunda 1 qol ilə yadda qalıb.

Seçilən
21
8
hafta.az

10Mənbələr