AZ

Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır – VİDEO

“Vətəndaşlar yaşaya-yaşaya evlərini sökürlər”.

NOCOMMENT.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə iddia ilə “Kubinka” kimi tanınan ərazinin sakinləri çıxış ediblər.

Paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov ünvanının sakinlərinin sözlərinə görə, tikinti şirkəti heç bir rəsmi sənədə məhəl qoymadan gecə-gündüz məhəlləni sökməyə davam edir.

Sözügedən həyətdə 80-dən çox ailə yaşayır.

Sakinlər tikinti şirkətinin söküntü işləri aparması ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonunda “Vialon” şirkətinə ayrılmış torpaq sahəsinə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yerində baxış keçirilib və sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib.

İşlərin vətəndaşlarla razılaşdırılmadan və qüvvədə olan qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilməsi ilə əlaqədar Baş İdarə tərəfindən “Vialon” şirkətinə xəbərdarlıq olunub və işlər dayandırılıb.

Qeyd olunub ki, daha əvvəl də həmin ərazidə eyni şirkət tərəfindən müvafiq icazə olmadan işlərin aparılmasına bir neçə dəfə cəhd edilib və bu halların qarşısı vaxtında alınıb.

“Məsələnin nəzarətdə saxlanılması və təkrar hüquqpozuntularının qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumlarına yenidən müvafiq məktublar göndərilib”, – məlumatda qeyd olunur.

Ətraflı süjetdə:

 

Seçilən
20
14
nocomment.az

10Mənbələr