ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitinə qatılmayacağını açıqlayıb və ölkənin daxili siyasətini tənqid edib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Yəqin ki, mən bir nümayəndə göndərəcəyəm. Onların çox pis siyasətləri va”,- ABŞ prezidenti deyib.
Tramp həmçinin Ukrayna danışıqlarının nəticəsiz qalacağı təqdirdə tariflər tətbiq etməyə hazır olduğunu bildirib, lakin onların Rusiyaya qarşı effektivliyinə şübhə etdiyini bildirib. ABŞ prezidenti vurğulayıb ki, ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya verdiyi ultimatum 10 gün sonra başa çatır, geriyə sayma bu gün başlayır.
//Gülnarə Abasova, Editor.az