AZ

Öz özünə danışmaq Bu, dəlilik yox, zəka əlaməti ola bilər

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əvvəlcə eşidənlər üçün qəribə bir vərdiş kimi görünə bilən öz-özünə danışmaq, hətta bir çox insan üçün tənqidə səbəb ola bilər. Lakin elmi araşdırmalara görə insanın özü ilə danışması əslində yaxşı bir hal imiş.

Qaynarinfo öz-özünə danışmağın faydalarını təqdim edir:

Özünə dəyər hissini artırır

Özünüzlə uca səslə danışdığınız zaman, daha güclü bir öz dəyər hissi inkişaf etdirmək fürsəti əldə edə bilərsiniz. Özünüzlə danışmaq beyninizə idarənin sizdə olduğunu təsdiqləyir. Yaş irəlilədikcə, özümüzə olan güvənimiz, öz dəyər hissimizin formalaşmasında və ətrafdakı səsləri nə zaman susduracağımızı bilməyimizdə mühüm rol oynayır.

Duyğuların tənzimlənməsinə kömək edir

Neçə yaşımız olursa-olsun, bəzən duyğularımızı idarə etməkdə çətinlik çəkə bilərik. Özünüzlə danışaraq sinir sisteminizə təhlükədə olmadığınızı bildirə bilərsiniz.

Məsələn, həyatınızdakı bir səhv və ya problem haqqında özünüzü pis hiss edirsinizsə, "hiss etdiklərin tamamilə məntiqlidir, bu insani bir şeydir” deyə özünüzə söyləyə bilərsiniz. Bu, həqiqətən sakitləşdirici təsir göstərə və vəziyyəti daha az qorxuducu edə bilər.

Sosial əlaqələrin inkişafına kömək edir

Özünüzlə uca səslə danışdığınız zaman, baş verən hadisələrin fərqinə daha çox varırsınız və bu da başqalarını günahlandırma ehtimalınızı azaldır. Öz duyğularınıza daxildən cavab vermək başqaları ilə daha açıq və nəzakətli ünsiyyət qurmağınıza şərait yaradır.

Yumor hissini gücləndirir

Özünüzlə danışmaq, düşüncələrinizə, səhvlərinizə və ya qəribə vərdişlərinizə gülməyinizə imkan yaradır.

Yumorun faydaları çoxşaxəlidir, bu, stresi azalda, baxış bucağını dəyişdirə, çətin anları yüngülləşdirə və özümüzü həddindən artıq ciddi qəbul etməməyimizi xatırlada bilər. İstənməyən və müdaxilə edən düşüncələrlə mübarizə aparanlar üçün bu cür yüngül yanaşma müəyyən rahatlıq gətirə bilər.

Günay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr