Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Qazaxıstandan Türkiyəyə 1,4 milyon ton neft nəql olunur.
APA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, ölkəsi Türkiyəyə məxsus neft şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayır:
"Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq".
Dövlət başçısı əlavə edib ki, tərəflər iri layihələrin birgə həyata keçirilməsinə hazırdır.