AZ

Malayziya kralı Rusiyaya səfər edəcək

Avqustda Malayziya kralı Sultan İbrahim Rusiyaya səfər edəcək.

Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Onun sözlərinə görə, Malayziya kralının səfəri iki ölkə arasında münasibətlərə yeni dinamika və təkan verəcək.

O qeyd edib ki, Rusiya ilə Malayziyanı uzun illər dostluq və qarşılıqlı anlaşma birləşdirir.

Matviyenko vurğulayıb ki, son illər ölkələr arasında münasibətlər əhəmiyyətli dərəcədə fəallaşıb.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr